Gecədir… Dekabr ayı… Hava şaxtalı, küçələr buzlu. Çətinliklə gəzirəm. Ağır bir çantada var çiynimdə. Bunlara baxda sanki məni isti geyindirməyə çalışıblar, uşaqlıqda nənəmin toxuduğu jaketim… yox… qollarıda qısalıb əynimə, lənətə gələsən biraz aşağı dartım, əlcəklərimidə biraz qaldırım, həə belə yaxşı oldu. İstilənirəm deyəsən, yada qızdırmam qalxır. Hər nəysə, yaxınlıqdadır az qalıb çatım rahatlayaram. Maşınların, darvazaların, ağacların üzəridə qar bağlayıb, bu nədir belə, fəsildə bu qədər insafsız olar?! Tapdım, dayan maşının şüşəsində günəş çəkim, bəlkə göydən baxıb anlayar ki, onu arzulayan var və çıxar nəhayət! Əşşi çətin ki… Continue reading ‘Qış gecəsi..’
Qış gecəsi..
Birisi olacaq..
Birisi olacaq təbii. Onu hər görəndə sıxacam özümə, öpəcəm, çox danışdırmayacam çünki maraqsızdı danışdıqları. Mənim adamım deyil o. Tamam başqa mühitdə böyümüş birisi. Sığallayacam, əzizləyəcəm. Gündə 213412 dəfə “səni sevirəm” deyəcəm ona. Hərdən yadıma düşəndə mesaj yazacam ki, onu atdığımı düşünməsin. Yazdığı mesajları isə bütün işlərimi bitirəndən sonra oxuyacam və “axot” olsa cavab yazacam. Continue reading ‘Birisi olacaq..’
Reinkarnasiya..
H.O.S.T və 21.02.2009 kimi yazılan tarix, yenidən dirilən gənclik və Reinkarnasiya.. Biz orda ideologiya yazırdıq, biz tarixə öldürülmüş dəyərləri qaytarırdıq.. Gözlənilən an, bu nə ilk idi nə son, amma xüsusi bir gün idi, xüsusi konsert idi, o gün hər saniyə dəyərli idi.. Vətən’in önündə yığılan izdiham az sonra hissə-hissə içəriyə buraxıldı.. Üzlərdə qəribə sevinc və gülüş var idi.. Uçuq-sökük bir zala daxil olduqdan sonra gözlər səhnəyə dikildi, orda düz pentaqram var idi.. Gözləyirdik.. Az sonra səhnə diriləcəkdi öncə, orda uzun zaman idi konsert olmurdu.. Çox keçmədən sərkərdələr ordu qarşısına keçdilər, onlar çiyinlərimizdə, tabutlarda və qara kəfənlərdə gəldilər.. Üç tabut və üç diriləcək insan.. Continue reading ‘Reinkarnasiya..’
S..
Bu gün ilk dəfə Sırf Səni təSvir etmək üçün əlimə qələm aldım.. Sanki Sözüm çoxdu və Sanki nəSə yaza bilərəm.. Sən bilirSən, mən hiSSlərimi təSvir etməkdə əziyyət çəkirdim.. Gözlərinə baxar, SuSardım, amma Sən anlayardın.. Səninlə bağlı yazılarımdakı zaman şəkilçiləri məni incidir.. Artıq hamısı keçmiş zamanda yazılır.. Artıq Sən uzun müddətdir keçmişimə dəfn olunan hiSSimə çevrilmiSən.. Hə.. Ən azından ətrafda hər kəS belə düşünür, türklərin bir sözü var: Külahıma anlat.. Mən hələ də qorxuram birgə gəzdiyimiz küçələrdən keçməyə, birdən xatirələr hücuma keçər, birdən dəfn etdiyim hiSSlərimin qurbanına çevrilərəm.. Sənə ayırmadığım vaxtları Sanki yaşamadım.. Continue reading ‘S..’
Çarli Çaplin gülüşü..
İki əlimlə gözlərimi yumdum, dedim bəlkə əlimi çəksəm fərqli olacaq, amma yox, eyni mənzərə, eyni dövran, gülüşüm məcburidir.. Maska üzərindəki gülüş ifadəsi, altında gizlənmiş qəmgin insan.. Ölüm və həyat arasında incə xətt və var olub olmamaq arasındakı böyük seçimim.. Bilmirəm ən çox xeyri kimə olar, amma öz seçimim məni maraqlandırmalıdır.. Tək qalmağı arzulamaq kimidir bu hiss, heç vaxt tək olmursan, amma hiss edirsən.. Arzulamaq da qəribədir.. İstəmək, arzulamaq, əldə etmək, İTİRMƏK!! İtirməsən qazandıqlarının qədrini bilməzsən.. Boşluq.. Ən aşağıya baxmaq və boşluq.. Continue reading ‘Çarli Çaplin gülüşü..’
Mənimsən..
- Görürsən, gəldim.. Unutmadım.. Yadımda idi, demişdim gələcəm, gəldim.. Biraz yolda problem oldu, tıxac var idi, amma gec də olsa, gələcəyimə söz vermişdim.. Necəsən?
- NUR..
- Can.. Uzun yol gəlmisən, yorğunsansa, biraz dincəl, sonra danışarıq..
- Hə, yaxşı olar.. Başım yaman ağrayır.. Continue reading ‘Mənimsən..’
19 sonun əvvəlidir..

Qurani Kərimdə “Onun üzərində 19 vardır..” (Müddəsir 30) ayəsi var.. Quranın 19 rəqəmi ilə bağlı möcüzələrini sizə təqdim edirəm:
Bismilləhirrahmənirrahim 19 hərfdən ibarətdir: Bə, Sə, Mim, Əlif, Ləm, Ləm, Hə, Əlif, Ləm, Ra, Ha, Mim, Nun, Əlif, Ləm, Ra, Ha, Yə, Mim..
Quran 114 surədən ibarətdir: 114 = 19 x 6 Continue reading ‘19 sonun əvvəlidir..’
İkiüzlü..
Deyiləm zərgər
Mənim sözlərim qızıldan qiymətli
Bunlar adi cümlələr, təsvir edir hissləri
Yenə boş küçələr, mən simasında gülüşü itmiş kloun
Bu xüsusi bir istedaddır, mən göz yaşlarımla güldürürəm Continue reading ‘İkiüzlü..’
Qəribə sətirlər..
Ən çox keçmişimdə qoyub gəldiyim balaca uşaq üçün darıxıram.. İndi məni görsə üzümə tüpürər.. Yaşadıqlarım və fikirlərim.. Bəzən düşünürəm ki, mən dəyişmədim, dəyişən ətrafım oldu, amma yox.. Mən də zamanla dəyişdim, artıq o balaca yoxdu, məndən iyrəndi, mənimlə davam etməkdən boyun qaçırdı.. MƏN TƏK QALDIM.. Bu həqiqəti mənə zamanla qısamüddətli unutduranlar olur, amma qısamüddətli olur.. Continue reading ‘Qəribə sətirlər..’
(Adsız yazı..)
Yaponların belə bir misalı var: Bildin-bilmədin danış, səhv olsan da nitqin açılar. Hər sözünüz kimi bununla da razıyam. Amma mənim haqda növbəti təsəvvürlərinizi sərrast nitqə qurban verə bilmərəm. Onsuz da məni sadəcə görmək istədiyiniz kimi görürsünüz.
Stop! Ən başdan!
Yaponların belə bir misalı var: Bildin-bilmədin danış, səhv olsan da nitqin açılar. Razıyam! Continue reading ‘(Adsız yazı..)’
Al Aqsa..

Mən şeytana görə müqəddəs insan, Allah qarşısında sonsuz günahların sahibiyəm.. Məni tərif edir dinsizlər, amma dindarların yanında lənətlənirəm.. Hə, qısası kiminə görə NUR, kiminə görə Zülmət.. Mən bu cür qiymətləndirmələrə sadəcə gülürəm.. Məni tanımayanların nifrətinə, tanıyanların sevgisinə.. Continue reading ‘Al Aqsa..’
Sabahım dünənimdə qaldı..
Müşahidə.. Bəlkə insanın ən çox yaşadığı məhz budur.. Biz daim müşahidə edirik.. İnsanlar gəlir, gedir.. Biz baxırıq, bəlkə kimsə başqa gözlərlə baxanda biz gəlib-gedənlərin içində itirik.. Kimlər gəlmədi ki?! Çoxlarını tanıdım, amma hamısı getdi.. Bəzən günah məndə olur, insanlara vuruluram tez, amma unuda bilmirəm.. Qısqanıram və paylaşmağı bacarmıram.. Bütün bu hisslər onların getməsinə səbəb olur.. Lənətə gəlsin!! Continue reading ‘Sabahım dünənimdə qaldı..’
Çirkin ördək balası..
Bəzi insanlar dahidir, onlar rəhbər olmaq üçün doğulurlar və arxalarınca insanları aparırlar, bəziləri daim kiminsə, arxası ilə gedən insanlardır, bəzi insanlar isə təkdirlər və digərlərinə heç vaxt qoşulmazlar.. Zamanla insanlar çox adlarla bölünürlər, kimiləri melanxolik, xolerik, kimiləri romantik, realist olurlar, bəziləri dinlərlə, bəziləri millətlərlə seçilir, amma əsas qayə qalır – İNSAN.. Continue reading ‘Çirkin ördək balası..’
Yaşıl gözlü qız..

Mənəvi soyuq ruhu ilə dünyanı oxuyub əks etdirən rəssam.. O gördüklərinə öz düşüncəsini qatıb kağıza köçürür.. Rəngsiz və soyuq pessimizm əks olunur bütün cizgilərində, o çəkir içindəki soyuqluğu.. Doğulandan ruhuna hopmuş bu soyuqluq onu həyatı boyu tək qoymadı.. Qaranlıq və soyuq aura onu formalaşdırmışdı.. Boş küçələrdə hər fikrinin əksini kağızlara köçürərək YARADANını axtarırdı yaşıl gözlü qız.. Continue reading ‘Yaşıl gözlü qız..’
Paytaxtdan paytaxta səyahət..
Boz şəhərin günəşli günlərindən birində bütün bu səs-küydən xilas olub getmək istədim və getdim.. Orda qalamağa yerim də yox idi, məni qarşılayacaq dostlarım da.. Yolpulundan azca çox pul götürüb çıxdım yola.. Yola düşərkən qəribə hisslərim vardı, bir zamanlar onu yola salardım bu vağzallarda avqustun sonları, sentyabrın əvvəlləri, indi isə tək idim, nə o var idi, nə başqası.. Continue reading ‘Paytaxtdan paytaxta səyahət..’
Üsyan..
Bu məqalə illərin içimə yığdığı nifrət və sevginin kokteylidir.. Yaxşı qarışdırdım ki, tərkibi görünməsin, daim içdiyimiz kokteyllər kimi tərkibi gizli qalacaq, amma dadını hiss edəcəksiniz.. Bu gün üsyan edəcəm, Allaha üsyan edəcəm.. Həyatımı, sevgimi, ruhumu çeynəyən ətrafımdan Ona yönəlib sizləri ittiham edəcəm, sizləri ona şikayət edəcəm.. Continue reading ‘Üsyan..’
Otağım..
NUR bu otaqda tək deyil.. Otaq qaranlıq, əşyalar səliqə ilə yığılsa, da öz həyatımın səliqəsizliyi ilə doludur.. Əşyalar çox az, divarların gizlədiləsi yerlərində dini şəkillər, bir-iki H.O.S.T yazısı olan şəkil, masamın üzərində açıq Quran kitabı, məqalələrimi yazdığım kağız-kuğuz və qələm.. Kitab rəfi də var, amma kitablar az və zövqlə seçilib.. Burda mənimlə əbədi birgə olacaq birisi var, balaca, kövrək, bir o qədər də qərarlı və ağıllı bir mələk.. NUR’u heç vaxt tək qoymamağa söz verən qızcığaz.. NUR onun saçlarını oxşayıb xəyallara dalacaq, hərdən kənardakı insanlara baxacaq, Allaha itaətdə onunla hər kəsə qarşı savaşacaq.. Otağımın hər zərrəsi o qədər doğmadır ki.. Bu daxili otaq bir gün canlandırılacaq və mənim həyatıma çevriləcək.. Bu otaqda doğuldum, yaşacam, bu otaqda ölüb, yenidən dirildiləcəm..
O
O sizin geyindiyiniz paltarlardan geymir, sizin nitqlərinizi başa düşmür.. Sizin düşüncə tərziniz ona dar gəlir.. Siz onu özünüzə tay hesab edə bilmirsiniz və buna görə də qəzəblənirsiniz.. O sizin qəbul etdiyiniz qanunları qəbul etmir və belə hesab edir ki, sizin yuvarlandığınız ağılsızlıq həqiqi həyatı görməyə mane olur və sizin dövləti idarə etmək üçün qoyduğunuz təntənəli qanunlar çox gülüncdür.. Continue reading ‘O’
